Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


24.02.2022  12:31 

“İcra başçılarının işləmək həvəsi yüksək səviyyədə deyil” - Deputat





A+  A-

“Prezidentin yeni təyin olunmuş icra başçılarına verdiyi mesaj, əslində, bütün icra başçılarına aiddir”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Bakupost.az -a millət vəkili Fazil Mustafa yeni təyin olunan icra başçıları haqqında danışarkən deyib:

“Hansı rayonda ki icra başçıları qəsrin içinə çəkilib, sadəcə vaxt öldürməklə məşğuldurlar, orada problemlər daha artıq olmağa başlayır. Burada ədalət xətrinə bir məqamı da qeyd edək ki, icra hakimiyyətlərinin səlahiyyəti də kifayət qədər aşağıdır. Birinci növbədə, onlara səlahiyyətlər verib məsuliyyətlərini tələb etmək olar”.

Millət vəkilinin sözlərinə görə, icra və bələdiyyə orqanları arasında səlahiyyət bölgüsü də arzuolunan səviyyədə deyil:

“Eyni zamanda, icra başçılarının özlərinin də işləmək həvəsi, tutduğu vəzifənin mahiyyətini dərk etmək imkanları yüksək səviyyədə deyil. Ona görə də bu çağırışı vətəndaşlar pandemiya dövründə bir qədər icra olunan proseslər fonunda qiymətləndirirlər. Çünki icra başçıları pandemiyanı əsas gətirərək qəbulları dayandırıblar”.

F.Mustafa qeyd edib ki, sahibkarların incidilməsi ilə bağlı icra hakimiyyətinin fəaliyyəti müəyyən dərəcədə narazılıq doğurur:

“Düzdür, elə rayonlar da var ki, orada sahibkarlığın inkişafına dəstək göstərilir.

Ümumiyyətlə, icra başçılarının fəaliyyətinə ictimai nəzarətin olması bir çox məsələnin həllinə daha çox kömək edir. Prezidentin bu cür qəti çağırışı icra başçılarını daha məsuliyyətli işləməyə məcbur edir. Onlar daha çox vətəndaşların marağını qorumağa çalışacaqlarını bilməlidirlər. Bunun nəticəsinin mənfi olması onlar üçün o qədər də yaxşı karyera vəd etmədiyini göstərir. Çünki həbs olunan icra başçılarının taleyi də göstərdi ki, daha vicdanla çalışanlar təqdir olunurlar. Etimadı doğrultmayanlar isə ən çətin şərtlərdə cəzalarını çəkməyə davam edirlər”.


Xəbər 1771 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +