Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


17.12.2019  12:09 

Mübariz İbrahimovu təhqir edən psixoloq küçə SÜPÜRƏCƏK





A+  A-

Bakı Apellyasiya Məhkəməsində psixoloq Nərmin Şahmarzadənin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
XəzərNews.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Şahmarzadənin şikayəti təmin edilməyib. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, o, Xətai rayonu ərazisində küçə süpürəcək. N.Şahmarzadə 400 saat ictimai işlər cəzası alıb.

İttihama görə, N.Şahmarzadə “Facebook” profilində Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib. Daha sonra M.İbrahimovun anası Şamama İbrahimova psixoloqu xüsusi ittiham qaydasında məhkəməyə verib, onun cəzalanmasını istəyib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri M.İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

Xəbər 1512 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +