Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


11.08.2021  11:54 

NATO tarixində bir ilk





A+  A-

NATO tarixində ilk dəfə alyansa Baş katib olaraq qadın seçilə bilər.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı İspaniyanın “El Pais” qəzeti yayıb. Məlumata əsasən, NATO-nun gələn il Madriddə keçirilməsi gözlənilən zirvə görüşündə yeni Baş katib seçiləcək.

Qəzet yazır ki, hərbi alyansın tərkibində hazırki Baş katib Yens Stoltenberqi bir qadının əvəz etməsi ilə bağlı ümumi razılıq mövcuddur.

Yeni Baş katibin axtarışları ilə bağlı danışıqlar payızda başlayacaq. Lakin bununla belə hərbi alyansa üzv olan ölkələrdə namizədlərin adları çəkilməyə başlayır.

“El Pais”in versiyasına görə, alyansın Baş katibi vəzifəsinə namizədlər sırasında Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə keçmiş Xüsusi Nümayəndəsi Federika Moqerini, Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer, Litvanın keçmiş prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Kersti Kalyulayd, Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç var.

Qeyd edək ki, Yens Stoltenberq 2014-cü ilin noyabrın 1-dən NATO-nun Baş katibi vəzifəsini icra edir.

Xəbər 2105 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +