Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


18.11.2020  10:22 

Paşinyan hökumətin 80 faizini dəyişdirmək niyyətindədir - Erməni mətbuatı





A+  A-

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət üzvlərinin demək olar ki, 80 faizini istefaya göndərmək niyyətindədir.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.

Nəşr bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Paşinyan Nazirlər Kabinetinin tamamilə yenidən qurulması baxımından çox qətiyyətlidir. Hakim partiya son günlərdə vəzifələrini tərk edənlərin yerinə yeni kadrlar axtarır.

Qəzet, xüsusilə əmək və sosial işlər naziri Zarui Batoyan, təhsil, elm, mədəniyyət və idman naziri Arayik Harutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tigran Xaçatryan, müdafiə naziri David Tonoyan və müavinlərinin vəzifələrindən azad ediləcəyini bildirib.

Ölkə rəhbərliyi hesab edir ki, Nazirlər Kabineti üzvləri Qarabağ müharibəsi dövründə fəaliyyətsiz idilər və buna görə də istefa verməlidirlər.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan, onun müavini Şavarş Köçəryan və fövqəladə hallar naziri Feliks Tsolakyan artıq vəzifələrindən azad edilib.

Xəbər 2180 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +