Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


21.02.2019  13:39 

Çayda itkin düşən Şabran sakininin meyiti tapıldı





A+  A-

Xəbər verdiyimiz kimi, fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında qazıntı işləri aparılan zamanı ekskavatorun aşması nəticəsində çaya düşən sürücü itkin düşüb. Araşdırmalarla həmin şəxsin Şabran rayon sakini, 41 yaşlı Vüqar Qasımov olduğu müəyyən edilib.
Hadisə baş verən andan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, polis və digər aidiyyatı qurumların əməkdaşları səfərbər olunaraq həmin şəxsin tapılması istiqamətində intensiv axtarışlara başlayıb.

DİN-dən XəzərNews.az-a verilən məlumata görə, ərazinin çay kənarı olduğu və torpaq qatının sürüşmə ehtimalı yüksək olduğu üçün baş verə biləcək başqa bir bədbəxt hadisənin qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində qabaqlayıcı tədbirlər görülüb, ərazinin mühafizəsi təşkil edilib.

Birgə həyata keçirilən axtarış tədbirləri fevralın 21-də öz nəticəsini verib. V.Qasımovun meyiti çaydan tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Xəbər 1321 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +