Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


01.02.2023  13:00 

Seriallara ayrılan 6 milyonu kim yeyib?





A+  A-

Aktyor, rejissor Hikmət Rəhimovun “Dikdaban” verilişindəki açıqlaması müzakirələrə səbəb olub.

O, illər əvvəl Prezident İlham Əliyev tərəfindən serialların inkişafına dəstək məqsədilə ayırdığı 6 milyon manat vəsaitin mənimsədildiyini bildirib:

“Bir neçə il əvvəl ölkə başçısı serial sektoruna büdcə ayırdı. Heç nə, pulu basıb yedilər, serial da ortaya çıxmadı. Görürlər ki, iş də getmir... Onda o büdcəni niyə ayırmalıdırlar ki? 6 milyon büdcə ayrılmışdı ki, serialların inkişafına hissə-hissə bölünsün. O pul nə bölündü, nə bir şey olundu, kiminsə əlinə düşdü. Birini dəqiq bilirəm, adını çəkmirəm. 6 milyon Azərbaycanın serial sektoru üçün pis pul deyildi. Bunu da ayırdılar ki, bir az özünüzə gəlin, dirçəlin. Kimsə də pulu götürüb qoydu cibinə, qoy tək mən dirçəlim. Ona görə düzəlmədi”.

Qeyd edək ki, sözügedən Sərəncam 2013-cü ilin aprelində imzalanıb.

Xatırladaq ki, H. Rəhimov bir neçə il əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışırdı. 2016-cı ildə, o, rejissor köməkçisi ilə dalaşdığına görə işdən çıxarılmışdı. Buna etiraz əlaməti olaraq mərhum Xalq artisti Fuad Poladov da teatrdan getmişdi. Məlumata görə, F. Poladov teatrın rəhbəri Xalq artisti Azər Paşa Nemətovdan H. Rəhimovun geri qaytarılmasını xahiş edib. Müsbət cavab ala bilməyən sənətkar teatrla vidalaşıb./“Qafqazinfo”

Xəbər 1283 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +