Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


28.11.2019  09:07 

Messi rekorda imza atdı





A+  A-

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi turnirdə 34-cü klubun qapısına qol vurmaqla Çempionlar Liqasında rekorda imza atıb.
XəzərNews.az-ın məlumatına görə, forvard Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Borussiya” ilə üz-üzə gəldikləri matçda fərqlənməyi bacarıb.

Bununla da, Messi Çemponlar Liqasında 33 klubun qapısına qol vuran “Yuventus”un hücumçusu Kriştiano Ronaldo və “Real”ın eks-forvardı Raul Qonsalesi üstələməyi bacarıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan 32 yaşlı Messi klubun tarixində ən yaxşı bombardirdir. O, 700 matçda 613 qolun müəllifi olub. Argentinalı futbolçunun Kataloniyanın klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir. Messi beş dəfə “Qızıl top” və altı dəfə “Qızıl buts”a layiq görülüb.

Xəbər 1671 dəfə oxunub.



01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +