Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


27.11.2023  13:19 

ANS açılmalıdı! - Aparıcı





A+  A-

“Məncə də ANS açılmalıdı! Amma bu o demək deyil ki, açılacaq və fərqli bir TV olacaq. ANS bu gün yayımda olsaydı nə Real TV-dən, nə də ARB24-dən fərqli bir iş görməyəcəkdi. O da hələ ən yaxşı halda, xəbər kanalı kimi fəaliyyət göstərərdisə…”

Xəzərnews.az xəbər verir ki, bu sözləri aparıcı Turan İbrahimov deyib.

T.İbrahimov fikrini belə əsaslandırıb:

“Çünki ANS-in ATV, Space, Xəzər kimi formatda yayım siyasəti apardığı dövr də var idi.

Bəlkə də indi tənqid olunan verlişlərə bənzər verlişlərlə doldurmuşdu efir setkasını. Unutmayaq ki, indiki sosial layihələrin əsası məhz ANS-də qoyulmuşdu…

Hər şey bir yana. Hazırda ənənəvi TV yayımçılığı onsuz da sürünməkdədir. ANS-in də youtube kanalı və o youtube kanalının tam mənası ilə məsuldar, dinamik və yenilikçi fəaliyyət göstərməsi üçün hər cür imkanı və şəraiti var. Böyük studiyaları var, maddi- texniki bazası var, arxivləri var. Ən əsası isə, Vahid Mustafayevin həmin kanalı ayaqda saxlaması üçün digər şirkətləri də var. Amma biz nə görürük? Həmin youtube kanalı çox zəifdi, heç bir təsir imkanı yoxdu və ümumiyyətlə yox kimi bir şeydi. Demək ki, dövrün tələbi olan ANSPRESS youtube kanalını inkişaf etdirə bilməyənlər ənənəvi yayımda da olmuş olsaydılar fərqli bir iş görə bilməyəcəkdilər.

ANS əfsanədir! Bir çoxlarının ilk dövründəki vaxtlarıyla xatırladığı, bəzilərinin də bağlandığı üçün yıxılana acıma duyğularıyla əzizlədiyi, haqqında danışdığı, reallıqdan xeyli qopardıb dağların başına qoyduğu, uydurduğu əfsanə”.


Xəbər 960 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +