Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


15.11.2023  01:54 

Türkiyənin Adıyaman şəhərində partlayış baş verib





A+  A-

Türkiyənin Adıyaman bölgəsinin Gölbaşı rayonunda zəlzələlərdən sonra fəaliyyətsiz qalan NATO boru kəmərində partlayış baş verib. Partlayışdan sonra dağıntıların olduğu bildirilib.

Xəzərnews.az xəbər verir ki, partlayışdan sonra xəttə ziyan dəydiyi bildirilib. Partlayışın boru xəttində qaz tıxanması nəticəsində baş verdiyi bildirilir.

Partlayışdan sonra hadisə yerinə gələn rayon Polis Şöbəsi qrupları təhlükəsizlik tədbirləri görüb.

Daha sonra NATO rəsmiləri kəmərə baxış keçiriblər. Səlahiyyətlilər xəttin aktiv olmadığını və xətt daxilində təmizləmə və evakuasiya işlərinin davam etdiyini bildirib.

NATO boru kəmərinin üzərindəki konteyner çıxarılıb, kəmər açılıb və səlahiyyətli orqanlar tərəfindən təmir edilib.

Gölbaşı Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları boru xəttində ortaya çıxan və ana yola axan dizel yanacağını təmizləyərək bağlanan yolu açıb.

Hadisədə can və mal itkisi olmasa da, ətraf mühitə maddi ziyan dəyib.


Xəbər 1061 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +