“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


18.03.2021  17:11 

Metroda partlayış törədən Azər Aslanovun cəzası yüngülləşdirildi





A+  A-

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə ömürlük azadlıqdan məhrum edilənlərdən cəzası 25 ilə endirilən üç nəfərdən biri 1994-cü ildə Bakı metrosunda terakt törədən Azər Aslanovdur.
XəzərNews.az xəbər verir ki, “28 May” və “Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar olaraq Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs edilərək 1997-ci ilin noyabrın 29-da Azərbaycana ekstradisiya edilib.

1998-ci ildə Azər Aslanov öz ifadələrində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən erməni yazıçı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.

Məhkəmə araşdırmaları zamanı müəyyən olunub ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir Azər Aslanovla görüşüb.

9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının “Artur” adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirib və azad olunması üçün yaxın qohumlarından birinin İrəvan şəhərinə gəlməsinin zəruriliyini qeyd edib.

16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova İrəvana gəlib və Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilib.

Bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75” təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilib. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanıb, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodorant qutularında gizlədilib.

A.Aslanov İrəvan-Mineralnıye Vodı-Bakı marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyası arasında qatarda terror aktını həyata keçirib və yenidən Ermənistana qayıdıb. Daha sonra isə Rusiyaya gedərək orada yaşayıb.

Bu müddət ərzində İrəvanda girov saxlanılan anası yalnız bundan sonra azad olunub. İstintaq zamanı müəyyən edilib ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar.

Xəbər 1511 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +