Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu
Yaşayış binasında qaz partlayışı baş verib
Son 24 saat ərzində 165 hərbi toqquşma
Ramazan ayının 25-ci günü


12.07.2018  12:06 

Gəncədə öldürülən polislər niyə silahsız olublar...





A+  A-

10 iyul saat 20 radələrində bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.
Rəsmi məlumata görə, xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Xəsarət alan bir neçə polis əməkdaşı xəstəxanlara yerləşdirilib. Onlardan bəzilərinin müalicə aldığı xəstəxanada çəkilmiş fotoları da yayılıb.

Diqqətçəkən məqam bir neçə gün əvvəldən anonsu verilən mitinqdə asayişi qoruyan polislərin əli silahsız olmasıdır. Görünən odur ki, sosial şəbəkələrdə bir neçə gün öncədən verilən anonslar ciddiyə alınmadığından təxribatın miqyası geniş olub. Elə bu səbəbdən də asayiş keşikçiləri onlara kəsici-deşici alətlərlə hücum edənlərdən özlərini müdafiı edə bilməyiblər...

XəzərNews.az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a hadisələrlə bağlı kifayət qədər rəsmi açıqlama verildiyini xatırladıb:

“Düşünürəm ki, həmin məlumatlar kifayətdir. Ehtiyac olduqda, bu işlə əlaqədar qaldırılan cinayət işinin gedişatı barədə də məlumat veriləcək. O ki qaldı, polislərin silahsız olması ilə bağlı sizin səsləndirdiyiniz suala, araşdırmalardan sonra məlumat veriləcək”.

Qeyd edək ki, fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Artıq hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Xəbər 1798 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +