Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


26.01.2024  09:45 

Zərdabda mal oğrusu saxlanıldı





A+  A-

Zərdabda vətəndaşlara qarşı dələduzluq edərək zərərçəkmişlərin pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb.

Xəzərnews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, 4 nəfər Zərdab rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək Fariz adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək pullarını və iribuynuzlu heyvanlarını ələ keçirdiyini bildiriblər.

Daxil olmuş müraciətlər əsasında Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən rayon sakini Fariz Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi dələduzluq faktlarını etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, F.Əliyev ötən ilin iyun ayında bir nəfər rayon sakininin etibarından istifadə edərək ona birlikdə ət məhsullarının satışını həyata keçirəcəyini və qazanc əldə edəcəkləri vədini verib və sonuncunun 11000 manat pulunu ələ keçirib. Noyabr ayı ərzində isə rayonun Körpükənd və Qoruqbağı kənd sakini olan 3 təsərrüfatçının etibarından istifadə edən saxlanılan şəxs onlara məxsus ümumilikdə 6 baş iribuynuzlu heyvanı ələ keçirib və dəyərindən ucuz qiymətə satıb.

Zərərçəkmişlərə ümumilikdə 22000 manatdan artıq maddi ziyan vuran F.Əliyev əldə etdiyi pulları xərcləyib.

Faktlarla bağlı Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər F.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Zərdab RPŞ-yə məlumat vermələri xahiş olunur.

Xəbər 1477 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +