Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


22.11.2022  17:36 

Əli Əliyevə hökm oxunub və o...





A+  A-

Vətəndaş İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə hökm Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, prokuror çıxışında Əli Əliyevin verilmiş ittihamlarla təqsirli bilinərək 3 il 11 ay azadlıqdan məhrum edilməsini istəyib. Əvvəlki iş üzrə çəkilməmiş cəzası birləşdirilməklə ona qəti olaraq 4 il həbs tələb edilib.

İttihama görə, Əli Əliyev onunla eyni kamerada saxlanılan başqa bir şəxsi döyərək ona xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.

VİP sədri Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.


Xəbər 1269 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +