Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi
Sabiq Baş prokurorun milyonluq yatırımları...


05.12.2019  22:10 

Polis olmaq istəyənlərin nəzərinə!





A+  A-

Daxili İşlər Nazirliyi vakant post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
XəzərNews.az xəbər verir ki, 2019-cu il dekabrın 27-si saat 08.30-da, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Abşeron, Salyan, İsmayıllı, Ucar, Kürdəmir, Şabran, Siyəzən, Xızı, Masallı, Şəmkir, Lənkəran şəhər, rayon polis orqanlarında və Bakı şəhər Baş Polis İdarəsinin ərazi polis qurumlarında vakant post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək.

Sıra baxışında yalnız qeyd olunan rayonlarda və Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:

- Ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Sıra baxışına gələnlər şəxsi sənədlərini (şəxsiyyət vəsiqəsi və hərbi bilet) təqdim etməlidirlər. Kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcəkdir. Əlavə olaraq nəzərə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-94-12; (012)-590-93-45. (012)-590-92-37; (012)-590-97-52;

Xəbər 1612 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +