Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?
Rusiyanın 30 günlük atəşkəs yaratmaq niyyəti yoxdur
Berlin Kiyevin tərəfində qalacaq - Vadefül


14.04.2025  11:37 

Təmiz araq için - Rəşid Mahmudov - Video





A+  A-

Tanınmış həkim, fizioloq Rəşid Mahmudovun spirtli içki istehsal edən bir zavodu açıq şəkildə tərifləməsi və insanlara "təmiz araq" içməyi tövsiyə etməsi cəmiyyətdə geniş rezonans doğurub.

XəzərNews.az Yenisabah.az-a istinadən xəbər verir ki, Rəşid Mahmudovun bu sözləri bəziləri tərəfindən yerli istehsalın təşviqi kimi qəbul edilsə də, digərləri hesab edir ki, bir həkimin belə bir reklam xarakterli çıxışı xüsusilə də spirtli içkilərin sağlamlığa mənfi təsirlərinin məlum olduğu bir zamanda cəmiyyətə zərər verə bilər.

Mahmudov çıxışında belə deyib:

“Əziz insanlar, mən arağı sizə heç qıymıram ki, demirəm ki, siz hamınız için. Kim içirsə, təmiz araq içsin. Arağı içirsinizsə, safını, təmizini için. Bu zavodun buraxdığı arağı için. Gedib zir-zibili içməyin. Təmiz araq için. Onda orqanizminiz sağlam, immunitetiniz yüksək olacaq”.

Onun bu fikirləri xüsusilə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Bir çoxları tanınmış tibb mütəxəssisinin spirtli içkiləri bu şəkildə təşviq etməsini qəbuledilməz hesab edir və bunun ictimai məsuliyyət baxımından yanlış olduğunu bildirirlər.

Həkim daha sonra arağın tərkibi və istehsal texnologiyasından danışaraq qeyd edib:

“Mən çox sevinirəm ki, Azərbaycanın belə bir istehsalı var. Bütün sexlərində olmuşam. Arağın əsas keyfiyyəti nədən ibarətdir? Spirti təmiz olmalıdır. Bu zavodun buraxdığı arağın spirti Azərbaycanın buğdasından hazırlanmışdır. Özü də bu spirt mayasızdır. Ən yeni texnologiyalar bu zavoddadır. Yəni burada əsas kömürdür. Kömürün əhəmiyyəti fusel yağlarını buradan ayırmaqdır. Burada həm kömür, həm də kvars qumu var. Çox önəmlidir. Onu tər-təmiz edir”.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı spirtli içkilərin sağlamlıq üçün risk daşıdığını, xüsusilə uzunmüddətli istifadənin ciddi fəsadlara səbəb ola biləcəyini dəfələrlə vurğulayıb.

Belə bir şəraitdə tanınmış həkimin bu cür çıxış etməsi peşə etikası və ictimai məsuliyyət məsələlərini də gündəmə gətirib.



Xəbər 3383 dəfə oxunub.



29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +