FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


09.04.2025  15:44 

Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib





A+  A-

Gecə saatlarında Ukrayna Silahlı Qüvvələri “Türk axını” qaz kəmərini qazla təmin edən Korenovskaya stansiyasına 8 PUA-dan istifadə etməklə hücum edib. Bütün pilotsuz təyyarələr vurulub və stansiyaya heç bir ziyan dəyməyib.

XəzərNews.az TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

"Aprelin 8-i Moskva vaxtı ilə saat 23:38-dən aprelin 9-u Moskva vaxtı ilə 01:26-da Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarının Korenovski rayonunda Korenovskaya kompressor stansiyasına səkkiz PUA-dan istifadə etməklə hücum həyata keçirib. Bu kompressor stansiyası "Türk axını" ixrac qaz kəmərini qazla təmin edir", - məlumatda deyilir.

Departament qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Krasnodar vilayətindəki stansiyaya qəsdən hücum edib:

"Bu, Kiyev rejiminin beynəlxalq enerji obyektinə qəsdən hücumu idi".

Xəbər 1884 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +