Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


04.01.2024  18:37 

Muxtar Babayev COP29-un prezidenti təyin edilib





A+  A-

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti təyin edilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə COP28-in sosial şəbəkədəki hesabında bildirilib.

“Bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edir. COP29-un prezidenti Muxtar Babayevə və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə fəaliyyətlərində uğurlar arzulayırıq. Biz COP28-in tarixi uğuruna əsaslanmaq və 1,5°C-nin əlçatan olması üçün COP29 və COP30, eləcə də, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının prezidentləri ilə işləməyi səbirsizliklə gözləyirik”, - məlumatda deyilir.

Qeyd edək ki, Şərqi Avropa Regional Qrupu dekabrın 11-də Dubayda keçirilən COP28 konfransında rəsmən elan edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycanı seçib. Azərbaycanda COP29 2024-cü ilin noyabrına planlaşdırılıb./ Yenisabah

Xəbər 1785 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +