Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


28.03.2023  11:15 

“Misli“ ilə “Poz, qazan“: Qumarxanaya çevrilən ölkə...





A+  A-

Respublikanı böyük bir qumarxanaya çevirən "Azərlotereya" ASC getdikcə bu oyunu ciddi sosial bəlaya döndərməkdədir. Total şəkildə təşviq edilən mərc oyunları indi xərçəng kimi yayılmaqdadır. Əhalini zəhərli vərdişə adət etdirən "Poz, qazan", "Misli" və digər yarışlarla bazarda şəriksiz inhisarçılıq quran "Azərlotereya" dövlətin yaratdığı şəraitdən sui-istifadə etməkdədir.

Yəni dövlət bu mərc oyunlarını leqallaşdırıbsa, o demək deyil ki, şirkət hər addımbaşı təbliği və təşviqi ilə məşğul olmalı, insanları şirnikləndirməli, kasıb təbəqənin cibindəki son qəpiyi də əlindən almalıdır. Bu sosial bəla haqda uzun müddətdir narazılıq bildirməyən qalmayıb. Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar, tanınmışlar - deputatı, ilahiyyatçısı, iqtisadçısı və başqaları etirazlarını çatdırıblar, qumarın hər tində, hər metro başında, hər küçədə piştaxta quraraq təşkilini pisləyiblər. Lakin milyonların dövr etdiyi bir biznesdən hansısa çağırışlara görə kim imtina edər?!



Yeri gəlmişkən, mediada gedən xəbərlərə görə, ölkə üzrə lotoreya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəri Cahangir Fərəcullayevdir. Yəni bu işdə təkcə ASC deyil, sözügedən firma da əsas rol oynayır. Fərəcullayevin isə nazirlərdən birinə yaxın olduğu iddiaları var. C.Fərəcullayevin göstərişi ilə bölgələrdə lotoreya biletləri xüsusi şəxslər tərəfindən topdansatış qiymətindən də aşağı satılır. Məsələn, Gəncədə topdansatış qiyməti 95 qəpik olan biletlərin maşınlarla 90 qəpikdən satıldığı haqda məlumatlar var. Beləliklə də, Cahangir Fərəcullayev köhnə satıcıları tamamilə sıradan çıxarmağa və öz istəyinə çatmağa çalışır.

“Azərlotereya” ASC aşkar formada və sadə yollarla insanları fırıldaq oyunlara cəlb edir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tində bucaqda, o cümlədən rayonlarda “Poz, qazan” oyunlarını genişləndirir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar.

Lakin “Poz, qazan” və “Misli” ölkənin bütün küçələrini zəbt edib və ölkədə açıq qumarxanaya çevrilib. Avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində hər gün, xüsusilə kasıb təbəqənin “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” adlı lotereyaları böyük həvəslə almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin ölkədə hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insanı cəlb edir.

Qeyd edək ki, "Azərlotereya” ASC Türkiyə şirkətinə idarəetməyə verilib, nəticə göz qabağındadır – küçələr, prospektlər mərc oyunlarının, mobil qumarxanaların əsarətindədir: “Kasıb təbəqə, dövlətin himayəsində olan qumarxana ilə oyuna girir və hesab edir ki, nə vaxtsa “cek-pot” udub həyatını dəyişdirəcək, yazıq kasıb, bir də cahillikdən əziyyət çəkir! (Anaxeber.info)

Xəbər 1030 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +