Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


13.03.2023  12:34 

Su təsərrüfatı niyə düzgün idarə edilmir? - Video





A+  A-

"Kür çayının qurumasının əsas səbəbi qlobal iqlim dəyişikliyi deyil, su sərfiyyatının artması və düzgün idarə edilməməsidir".

Bu sözləri ekoaktivist Cavid Qara deyib.

Onun sözlərinə görə, su sərfiyyatının kəskin şəkildə artmasının əsas səbəbi isə daha öncə suvarılmayan isti iqlim şəraiti olan qış otlaqlarının intensiv suvarılmaya cəlb olunmasıdır.

Ekofəal deyib ki, bu vəziyyətin yaranmasına görə iri biznesmenlər günahkardırlar. Çünki onlar minlərlə hektar ərazidə ənənəvi selləmə qaydasında suvarma həyata keçirirlər. Bu da kütləvi su itkisinə səbəb olur.

O ki qaldı vəziyyətdən çıxış yollarına, ekofəal Cavid Qara hesab edir ki, ölkəmizdə su resurslarına uyğun kənd təsərrüfatı modelı qurulmalıdır. Xüsusilə pambıqçılıq, taxılçılıq və birillik bitkilərdən imtina edərək tərəvəzçilik, intensiv bağçılıq və istixanalar kimi gəlirli sahələrə yönəlmək lazımdır. Bundan başqa, torpaq örtüklü kanallar beton örtüklərlə əvəz olunmalı, suvarılmada müasir və qənaətli texnologiyalar tətbiq edilməlidir. Həmçinin ödənişli suvarılma sisteminə keçid də tətbiq oluna bilər.

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Riad Axunzadə isə “Xəzər Xəbər”ə açıqlamasında Kürün suyunun azalmasında birinci səbəb kimi iqlim dəyişikliklərini göstərsə də, ikinci səbəbin əkin sahələrinin artması olduğunu deyib. Bundan başqa, fermerlərin selləmə suvarmadan istifadə etmələri, torpağa aqrotexniki qulluq göstərməmələri də suyun ərazilərdə itkiyə getməsinə səbəb olur.

Ətraflı videomaterialı təqdim edirik:



Xəbər 952 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +