Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video


12.07.2019  09:17 

Masallıdakı dəhşətli qəzada oğlunu itirən ana intihar etdi





A+  A-

Masallıda baş verən dəhşətli qəzada oğlunu itirən ana intihar edib.
XəzərNews.az xəbər verir ki, bu barədə qəza nəticəsində ölənlərin yaxınları sosial şəbəkədə məlumat veriblər.

Belə ki, hadisə zamanı ölən Rufullayev Ayxan Natiq oğlunun anası intihar edərək, həyatına son qoyub. Qadının qəzada yaralanan qızı - 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının müalicə aldığı xəstəxanada özünü öldürdüyü bildirilir.

Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.
Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Ölənlər 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları - 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlu, 2016-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızı, 1996-cı il təvəllüdlü Məmmədova Gültac Ələkbər qızı, 1997-ci il təvəllüdlü Məmmədov Elgün Ələkbər oğludur.

Ağır qəzada xəsarət alan iki nəfər isə 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızı idi.

Xəbər 1624 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +