Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video


09.07.2019  16:34 

Sürücü həbs edildi





A+  A-

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Masallıdakı dəhşətli qəzayla bağlı məlumat yayıb.
XəzərNews.az-a daxil olan məlumatda qeyd edilir ki, iyulun 9-da Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində Nizami Mustafayevin idarə etdiyi “Mersedes Benz Vito” markalı 99-LH-458 dövlət nömrə nişanlı mikroavtobusun Elvin Zeynalovun idarə etdiyi “Kamaz 5511” markalı 10-MG-329 dövlət nömrə nişanlı yük avtomobilinə arxadan çırpılması nəticəsində mikroavtobusda olmuş 8 nəfərin vəfat etməsi, 1 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin N.Mustafayev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 1452 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +