Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


23.09.2018  09:54 

Azərbaycan millisindən növbəti qələbə





A+  A-

İtaliyanın Siyene şə­hərində Polo üzrə Avropa Çempiona­tı davam edir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından XəzərNews.az-a verilən məlumata görə, bu gün yarışın 2-ci turunda Fransa komandası ilə qarşılaşan Azərbaycan milli yığması növbəti inam­lı qələ­bə­sini qazanıb. Milli yığmamızın üzvləri qələbə qazanmaq üçün güc­lü iradə və yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini 8:4 hesabı ilə darmadağın ediblər.

İkiqat Avropa çempionu və bu turnirin ikiqat gümüş müka­fatçısı olan güclü Fransa yığmasına məğlubiyyət hissini yaşadan milli komandamızın tərkibində Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.

Sentyabrın 30-dək davam edəcək Polo üzrə Avropa Çempionatının 24 sentyabr tarixində keçiriləcək 3-cü turunda Azərbaycan millisi Slovakiya yığması ilə, sentyabrın 28-də baş tutacaq 4-cü turda isə hazırki Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaq.

Xəbər 1778 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +