Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


12.01.2020  18:45 

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib





A+  A-

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, əvvəlcə Komissiyanın 6 yanvar tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvün təsdiq olunmasına qərar verilib.

Komissiyanın iclasında, həmçinin qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb. Müraciət maraqlı subyektin də iştirakı ilə Komissiyanın iclasında geniş müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.

Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə də baxılıb.

Xəbər 1910 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +