Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...


13.03.2017  12:41 

Rusiyalı jurnalistin Qarabağa getməsinə XİN-dən REAKSİYA





A+  A-

Rusiyanın federal telekanalı “TV Tsentr”ın aparıcısı Roman Babayan Dağlıq Qarabağa qanunsuz səfər edib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Məlumatda qeyd olunur ki, Roman Babayanı səfərdə Rusiya Dövlət Dumasının keçmiş deputatı, Mərkəzi Asiya və Yaxın Şərqin Araşdırılması İnstitutunun direktoru Semyon Baqdasarov müşayiət edib.
“Qarabağa ilk dəfə gəlmişəm. Tarixi vətənimə gəldiyim üçün həyəcanlıyam”- deyə Roman Babayan bildirib.

XəzərNews.az
-ın məlumatına görə, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Modern.az-a açıqlamasında deyib ki, bununla bağlı zəruri tədbirlər görüləcək.

“Kütləvi İnformasiya Vasitələrində getmiş bu məlumat Xarici İşlər Nazirliyi tərəfindən araşdırılacaq və əlavə zəruri tədbirlər görüləcək. Onu da qeyd edim ki, kimliyindən və vəzifəsindən asılı olmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən hər bir şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil edilir. Roman Babayan da istisna deyil”.

Xatırladaq ki, Roman Babayan 1967-ci il dekabrın 7-də Bakıda anadan olub. O, Rusiyanın “TV Tsentr” (ТВ Центр) telekanalında “Səs haqqı” (Право Голоса) verilişinin 2010-cu ildən aparıcısıdır.

Xəbər 2829 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +