“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


20.10.2020  16:18 

Virusa yoluxan gənclərin sayı artıb





A+  A-

“Son yoluxan xəstələr arasında yaş qruplarına görə bölgü aparsaq, görərik ki, 20-40 yaş arası yoluxanların sayı artıb”.
XəzərNews.az xəbər verir ki, bunu REAL TV-yə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Fərrux Sədirov deyib.

Həkim qeyd edib ki, yaşlılardakı yoluxma halları öz tendensiyasını qoruyur. Həmçinin gənclər arasında yoluxma ilə yanaşı xəstəliyi ağır keçirmə faizi də artıb. Uşaqlarda isə yoluxma sayının artışı ilə bağlı dəyişiklik hiss olunmur.

“İnsanlar artıq evdə müalicəni kütləviləşdirməyə başlayıblar. Lakin belə müalicə qətiyyən yolverilməzdir. Çünki ağızdan və ya damar yolu ilə vücuda daxil edilən hər hansı dərman kimyəvi preparatdır. Bunun klinik fəsadları ola, hətta ölümə gətirib çıxara bilər. Həkim müayinə və müalicəsi olmadan müalicəyə başlanılmamalıdır. Evdə müalicə fəsad verməsə belə xəstəliyin klinik gedişatını gizləmiş və dəyişmiş olur”, F. Sədirov vurğulayıb.

Həkim bildirib ki, evdə həkim nəzarəti olmadan özbaşına dərman vasitələrdən istifadə edərək müalicə alan və ağırlaşan xəstələr var: “Həkim müayinəsi olmadan özünü müalicə etmək olmaz. Bunlar bizim üçün çox ciddi problem yaradır. Əgər xəstə özündə müəyyən əlamətlər hiss edirsə, bunu həkimə müraciət edərək “COVID” və ya qrip olduğunu ayırd edə bilər”.

Xəbər 2391 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +