İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


04.04.2017  20:33 

Daha iki xidmət elektronlaşdırıldı





A+  A-

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) operatoru olduğu “Elektron hökumət” portalına daha 2 elektron xidmət inteqrasiya olunub.
Məlumat Hesablama Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən elektronlaşdırılaraq təqdim edilən yeni xidmətlər “Sığortaolunanın ölümünə dair məlumatın onlayn qəbulu” və “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” adlanır.
Hər iki xidmətdən istifadə üçün gücləndirilmiş elektron imzadan istifadə edilməlidir.
ƏƏSMN-nin fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində bu sahələr üzrə artıq 28 elektron xidmət əhalinin istifadəsinə verilib. Həmin elektron xidmətlərdən istifadəyə maraq getdikcə artmaqdadır. Bu maraq nəticəsində cari ilin ilk rübündə nazirliyin elektron xidmətlərinə müraciətin sayı 2 mln. 623 min 88 olub.
Qeyd edək ki, yeni xidmətlərin inteqrasiyasından sonra “Elektron hökumət” portalında elektron xidmətlərin sayı 433-ə çatdırılıb.

Xəbər 1963 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +