Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


21.03.2021  19:35 

Njde yox, Pənahəli xan! - “Yandeks” adları dəyişdi





A+  A-

Rusiyanın “Yandex.Maps” axtarış və məlumat kartoqrafik xidməti Şuşa xəritəsini yeniləyərək küçə adlarını erməni dilindən Azərbaycan dilinə dəyişib.
XəzərNews.az Haqqın.az-a istinadən xəbər verir ki, əvvəllər faşist Qaregin Njdenin adını daşıyan küçə hazırda Qarabağ xanlığının əfsanəvi qurucusu Pənahəli xan küçəsi adlanır. Bundan başqa, Kazançetsots küçəsi yenidən köhnə adına - İkinci Dünya Müharibəsi qəhrəmanı Aslan Qaraşarov küçəsinə qaytarılıb. İndi Aram Manukyan küçəsi Rusiya naviqasiya xidmətinin xəritələrində Atatürk küçəsi, Vararakn küçəsi Sovet İttifaqı Qəhrəmanı, 1960-cı illərdə Azərbaycan SSR-in daxili işlər naziri olmuş Xəlil Məmmədovun şərəfinə adlandırılır.

Həmçinin Şuşanı əhatə edən “Yandex” xəritəsində 20 Yanvar, Üzeyir Hacıbəyov, Mirzə Fətəli Axundov, Fikrət Əmirov və başqa adlar verilmiş küçələrə də rast gəlinir.

Xatırladaq ki, “Yandex.Maps” kartoqrafik xidməti 2004-cü ildə yaradılıb. Xidmət Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə müntəzəm olaraq yenilənən xəritələrdən istifadə edir. Bu xidmət hazırda Rusiyada “Google Maps” və “2GIS”i qabaqlayaraq ən populyar naviqasiya xidməti kimi fəaliyyət göstərir.

Xəbər 1482 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +