Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


08.08.2019  10:14 

Füzulinin icra başçısı növbəti səyyar qəbulunu keçirib





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü məcburi köçkünlər üçün salınmış Beşinci Zobucuq qəsəbəsində keçirilib.
RİH-dən XəzərNews.az-a verilən məlumata görə, səyyar qəbulda Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufuyev, rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxış edən Alı Alıyev bildirib ki Beşinci Zobucuq qəsəbəsində hal-hazırda 1672 nəfər yaşayır. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 1651 nəfərə hər ay 99060 manat vahid aylıq müavinət ödənilir, 11 ailəyə ünvanlı sosial yardım təyin edilib, 8 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Beşinci Zobucuq qəsəbəsində 12 şəhid ailəsi, 24 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 390 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Qəsəbə sakinlərindən 183 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Beşinci Zobucuq qəsəbəsində məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.

2018-2019-cu təsərrüfat ilində 320 ha taxıl əkilib, 654 kq barama istehsal olunub. Qəsəbə sakinlərinə ötən təsərrüfat ilində becərdikləri əkin sahələrinə görə dövlət tərəfindən 26280 manat subsidiya ödənilib.

Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.



Xəbər 1494 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +