İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


14.11.2018  17:54 

Spiker deputata hirsləndi: “Eşitməyi bacarın”





A+  A-

“İslahatlar aparaq, işimizi daha səmərəli quraraq, mənfəəti artıraraq, büdcəyə daxil olan vəsaitləri artıraraq, problemləri daha əlverişli və səmərəli şəkildə həll edə bilərik. Ancaq hansısa sahəyə ayrılan vəsaitin artırılması ilə bağlı danışarkən mənbəyini də göstərin. Addım atmaq, hərəkət etmək lazımdır. Danışılanlardan belə çıxır ki, biz deputatlar milləti sevirik, hökumət nümayəndələri isə yox. Birinci deyin görüm pulu artırmaq üçün neçə milyard vəsait lazımdır. Gəlin bu nöqteyi-nəzərdən çıxış edək. Mənbəyini bilirsinizsə, bizlə və hökumət nümayəndələri ilə də bölüşün”.
XəzərNews.az-ın məlumatına görə, bunu parlamentin iclasında Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib.

Deputat Fəzail Ağamalının çıxışına münasibətini bildirən vitse-spiker bildirib:

“Məmurların mülklərinin satılmasının hüquqi yolunu bilirsinizsə, o zaman deyin. Yazın verin hökumətə, qoy etsinlər. Sonra da tələb edin”.

Fəzail Ağamalı vitse-spikerə cavab olaraq söz haqqı istəsə də, spiker Oqtay Əsədov məsələyə müdaxilə edərək deyib:

“Fəzail müəllim, siz danışdınız biz qulaq asdıq. Eşitməyi bacarın”.

Xəbər 1328 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +