Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


13.11.2018  12:43 

Oqtay Əsədovdan nikbin PROQNOZLAR





A+  A-

“Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası ölkəmizdə iqtisadi inkişafın prioritetlərini və məqsədlərini əldə etməyə imkan verib. 2018-ci ilin 9 ayı ərzində ölkəmizdə bütün makroiqtisadi göstəricilərdə artım olub”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu dövr ərzində valyuta ehtiyatlarımız 3 milyard ABŞ dolları artaraq 45 milyard dollara çatıb.

“Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir. 2019-cu ilin büdcə zərfi ölkə həyatında müşahidə olunan dinamik göstəriciləri əks etdirir. 2019-ci ilin dövlət büdcəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasənda xərclənməsidir. Büdcə xərclərinin 42 faizi bu proqramlar sayəsində xərclənəcək. Bu da 2018-ci illə müqayisədə 2 milyard 77 milyon artıqdır”.

Spiker deyib ki, 2019-cu ilin büdcəsi sosialyönümlülüyünü qoruyub saxlayacaq.

“Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqət çəkən məqamlardan biri əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. Növbəti ildə səhiyyə sahəsinə yönəldiləcək vəsait bu ilin müvafiq dövründən 309 milyon manat, yəni 32 faiz çoxdur.

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə olaraq 223 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bütün bunlar göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir”.

O. Əsədov qeyd edib ki, 2019-cu ildə təhsil xərcləri 2018-ci illə müqayisədə 11 faiz artaraq və 2 milyard 275 milyon manata çatacaq.

“Büdcə zərfi mükəmməl tərtib olunub. Sənədlərdən görünür ki, 2019-cu ildə iqtisadi artım davam edəcək. Növbəti ildə ümumi daxili məhsulun artımı 3.6 faiz səviyyəsində proqnozlaşdırılır. Aparılan islahatlar göstərir ki, kölgə iqtisadiyyatının qarşısının alınması ilə bağlı işlər həyata keçirilsə, bu rəqəm real ola bilər.

2019-cu ildə makroiqtisadi proqnozlar yüksək səviyyədə hazırlanıb. 2019-cu ildə vergi sistemində köklü dəyişikliklər nəzərdə tutulub. Vergi Məcəlləsində və digər qanunlarda prinsipial dəyişikliklər gözlənilir. Bu öz nəticəsini verəcək”.

Xəbər 1425 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +