Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


05.09.2023  11:06 

Binəqədidə 82 nəfər saxlanılıb, 30 kq narkotika götürülüb





A+  A-

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər zamanı ümumilikdə 82 nəfər saxlanılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məumata görə, həmin şəxslərdən 30 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, onlardan bəziləri əvvəllər narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir.

Saxlanılanların bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Aşkar edilmiş faktlarla bağlı İdarənin İstintaq Şöbəsində araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Xəbər 993 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +