Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı
Xətai, Sabunçu, Suraxanı... - Söküntü aparılacaq ünvanlar açıqlandı
İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü olub
“RR Construction” vətəndaşın evini söküb - Video


17.02.2025  16:10 

Fransızlarla necə işləməliyik və ya Diaspor Komitəsi nə etməlidir?





A+  A-

Ötən həftə Diasporla İş üzrə Dövlət Komitəsinin diqqət mərkəzində olmalı olan bir məsələdən yazmışdım.

Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Parisdə keçirmək istədiyi anım tədbirinə maddi və mənəvi dəstəyin verilməsinin vacibliyini vurğulamışdım.

Görəsən, bu günlərdə Komitədən həmin təşkilatla əlaqə saxlayan oldumu?

Məsələ burasındadır ki, bir çox digər diaspor təşkilatlarımızdan fərqli olaraq, Fransa–Azərbaycan Dialoqu Assosiasiyası bu qəbildən olan tədbirləri təkcə diaspor üzvlərimiz üçün təşkil etmir. Çünki indi yalnız özümüzün deyib, özümüzün eşidəcəyimiz tədbirlərlə çox da uzağa getmək mümkün deyil.

Fransa–Azərbaycan Dialoqu Assosiasiyası birbaşa fransızlarla təmas quran, fransız cəmiyyətinin müxtəlif təbəqələri işləyən diaspor təşkilatlarımızdandır. Bu qurum yerli sakinlər üçün, müxtəlif sahələri təmsil edən fransızlar üçün tədbirlər təşkil edir. Bu isə o deməkdir ki, erməni təbliğatının aldatdığı fransızlara məhz bu cür tədbirlər vasitəsilə əsl gerçəklikləri göstərmək, ermənilərin Xocalıdakı vəhşiliklərini ictimailəşdirməklə Fransanın ictimai rəyinə az da olsa təsir etmək mümkündür.

Bir sözlə, biz Makron kimi ədalətsiz, ermənipərəst bir siyasətçinin islamofobiyaya, türkəfobiyaya sürüklədiyi fransız cəmiyyəti ilə uzun vədəli proqram əsasında, addım-addım, səbr və təmkinlə iş aparmalıyıq. Fransa–Azərbaycan Dialoqu Assosiasiyası isə bu istiqamətdə olduqca zəngin təcrübəyə malikdir. Komitə ilk növbədə məhz bu cür təşkilatlara diqqət və qayğı göstərməlidir.

P.S. Xocalı soyqırımının növbəti ildönümünə isə cəmi 9 gün qalır...



Bəybala Mirzəyev

Xəbər 2129 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +