Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


25.10.2020  13:07 

“Əl-Qaidə”nin ikinci adamı məhv edildi





A+  A-

Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi bu gün “Əl-Qaidə” terror təşkilatının nüfuzlu nümayəndəsi Əbu Möhsün Əl-Məsrinin məhv edildiyini elan edib.
XəzərNews.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, təşkilatın Hindistan-Pakistan bölgəsində, eləcə də Əfqanıstanda ikinci şəxsi hesab edilən Əl-Məsri Əfqanıstanın mərkəzi hissəsindəki Qəzni əyalətində zərərsizləşdirilib.

Milli Təhlükəsizlik İdarəsi əməliyyatla bağlı hər hansı bir detalı açıqlamayıb.

Qeyd edək ki, Əl-Məsrinin adı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dünyanın ən çox axtarılan terrorçuları siyahısında olub. Xarici terror təşkilatına üzv olmaq və ABŞ vətəndaşlarına sui-qəsd hazırlamaq ittihamı irəli sürüldükdən sonra 2018-ci ilin dekabrında ABŞ-da haqqında həbs qərarı çıxarılıb.

Xəbər 1950 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +