Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


27.12.2019  14:32 

Londondan İslamabada uçan təyyarə Bakıya enməli olub





A+  A-

Bu gün “British Airways” aviaşirkətinin Böyük Britaniyanın paytaxtı Londondamn Pakistanın paytaxtı İslamabada uçan “Boeing B787-8 Dreamliner” markalı sərnişin təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeropotuna enməli olub.
XəzərNews.az report-a istinadən xəbər verir ki, buna səbəb İslamabadda güclü duman olub.

Odur ki, təyyarənin kapitanı Bakıya eniş etməyə qərar verib. Yerli vaxtla saat 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş edib.

Uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir.

Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdirilib.

Təyyarə yola düşənə qədər reysin sərnişinləri viza ala, hava limanının otelində istirahət etmək və yaxud şəhəri gəzmək üçün aeroportun ərazisini tərk edə bilərlər.

Xəbər 1288 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +