Yol polisindən Allaha şikayət etmək istəyən kimdir?
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu
Əvəz Zeynallı Türkiyəyə gedir
Çağırışdan yayınsanız... - Cərimələnəcəksiz
Netanyahunun Bakı səfəri... - Proqram açıqlandı
“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters


21.06.2023  15:42 

Ekofəalların “ağır daşı“





A+  A-

Gədəbəydə yaşanan xoşagəlməz insident fonunda bəziləri "Şuşa-Laçın yolunu kəsən ekofəallar hardadır", "Ekofəalların səsi niyə çıxmır" kimi fürsətcil statuslar fırladırlar.

Ekofəallardan biri mən. Aksiyanın ilk anından - yolun kəsilməsində iştirak etmişəm və bununla qürur duyuram.

Dünənki məlum görüntüyə SƏSİMİ ucaltmışam. Ekohərəkatda iştirak etmiş bir çox yoldaşların da bu yöndə rəylərini görmüşəm. (Eyni zamanda, DİN bu gün açıqlama yayaraq yaşlı qadına qarşı polis əməkdaşının hərəkətini ciddi qəbahət kimi qəbul etdiyini, məsələyə hüquqi qiymət veriləcəyini bildirib).

Bəs, sizin Laçın-Xankəndi yolunu kəsən azərbaycanlı ictimai fəallarla, gənclərlə, könüllülərlə, media mənsubları ilə davanız, düşmənçiliyiniz nədir?

Ekofəallar sizin maraqlarınıza toxunan, quyruğunuzu tapdalayan hansı əməli törədiblər ki, bu qədər hiddətlisiz?

Ekofəallar Azərbaycan ərazisinə heç bir maneə olmadan girib-çıxan ermənilərin yolunu kəsdilər. Qarlı-şaxtalı qış aylarında çöldə qalaraq erməninin saymazyana gəlib Şuşanın altından o yana-bu yana şütüməsinin qarşısını aldılar. Bu möhtəşəm hərəkatın nəticəsi olaraq Azərbaycan dövləti sonradan Laçında sərhəd keçib məntəqəsi qurdu.

İndi siz ekofəalların hərəkatını qaralamaqla "Bu hərəkatı Azərbaycan dövləti təşkil etmişdi" demək istəyirsiz?

Sizin dediyiniz "psevdo-ekofəallar" sözünü eynilə Paşinyan, Mirzoyan, Vardanyan da deyir. Sizin bu yanlardan fərqiniz nədir?

Bəli, hər şey ölçülüb-biçilmiş, mükəmməl təşkil edilmişdi.

Hər şey bir anda baş verdi, yolun kəsilməsi də, bir göz qırpımında yolun içində çadırların qurulması, kranla Azərbaycan bayrağının qaldırılması, elektirik çəkilişi və s.

Bunda həzm edə bilmədiyiniz, sizi ağrıdan nədir axı?
İrəvandan avtomobilinə oturub heç bir maneə ilə üzləşmədən Xankəndinə gələn erməninin yolunu kəsilməyinə görə siz niyə narahat olursuz? Niyə sübut etməyə çalışırsınız ki, "siz əslində ekofəal deyildiniz"? Siz bu xalqdan, bu ölkədən deyilsiz...

Aqil Camal

Xəbər 1112 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +