EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Yol polisindən Allaha şikayət edən kimdir?
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu
Əvəz Zeynallı Türkiyəyə gedir
Çağırışdan yayınsanız... - Cərimələnəcəksiz
Netanyahunun Bakı səfəri... - Proqram açıqlandı
“Düşünürəm ki, Putin istəyir” - Tramp


14.07.2021  09:56 

Masallıda şəhid mayor Anar Novruzov anılıb





A+  A-

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəs rejimini pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərdilər. Düşmənin bu hücumu nəticəsində say-seçmə oğullarımızı itirdik. Şəhid olan hərbi qulluqçularımız arasında mayor Anar Gülverdi oğlu Novruzov da var idi.
Ötən gün Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında uyuyan şəhid Anar Novruzovun şəhadətinin ildönümü ilə bağlı anım mərasimi keçirildi. Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, Masallı rayonu üzrə qazisi Ağa Rəşid Talıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölğəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, həmin şöbənin baş məsləhətçisi Kamil Bağırov və yerli din xadimlərinin qatıldığı tədbirdə ilk öncə şəhidlərin xatirəsi yad edildi.

Qazı Ağa Rəşid Talıbov çıxışında vurğuladı ki, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu hamımıza örnəkdir: “Hamımız şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolundan bəhrələnməli və onları daim yad etməliyik. Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan Anar Novruzov ömrünü Vətən üçün fəda etdi, o, qələbəmizi görməsə də, böyük qələbimizin təməlini qoydu və heç zaman unudulmayacaq qəhrəmanlıq səlnaməsi yaratdı…”.

DQDK rəsmisi Miryəhya Bədirov çıxışında şəhidlik zirvəsini ən uca və müqəddəs zirvə kimi dəyərləndirdi: ”Şəhidlik Vətənə olan sonsuz sevginin təcəssümüdür. Vətən, torpaq uğrunda canlarlndan keçən Anar kimi şəhidlərimiz daim qəlbimizdə yaşayacaqdır…”.

Şəhid Anar Novruzovun qardaşı Sücəddin Novruzov çıxışında mərasim iştirakçılarına, həmçinin, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirdi.

Sonda şəhidlərin ruhuna dualar oxundu.

Ayiq Səmədov / Masallı







Xəbər 2259 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +