EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Yol polisindən Allaha şikayət edən kimdir?
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu
Əvəz Zeynallı Türkiyəyə gedir
Çağırışdan yayınsanız... - Cərimələnəcəksiz
Netanyahunun Bakı səfəri... - Proqram açıqlandı
“Düşünürəm ki, Putin istəyir” - Tramp


21.09.2017  17:32 

Mübariz Qurbanlıdan şeyxlə bağlı xəbərlərə - Reaksiya





A+  A-

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı son günlər Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə haqqında mətbuatda yazılan informasiyalara münasibət bildirib.
Bununla bağlı açıqlama verən komitə sədri qeyd edib ki, Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı bu cür yazıların yazılması ziyanlıdır:

“Şeyxülislam Azərbaycanda və Qafqazda İslam dinini təmsil edən ən yüksək statuslu din xadimidir. Onun fəaliyyəti həm Ulu Öndər Heydər Əliyev, həm də prezident cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Şeyxülislam kimi dövlətimizin orden və medalları ilə təltif olunub. Eyni zamanda, vaxtilə Şeyxülislama qarşı mətbuatda gedən yazılara Ulu Öndər öz kəskin etirazını bildirib.

Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən prinsiplər Konstitusiyamızda təsbit olunub. Əsas qanunumuza görə, din dövlətdən ayrıdır. Bununla belə, dövlət və cənab prezident dini qurumlara qayğı ilə yanaşır. Dini qurumların, xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin hüquq və səlahiyyətləri qanunla müəyyənləşib.”

Onun sözlərinə görə, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsi ölkədə şəriət məsələlərinin tənzimlənməsi, İslam maarifləndirməsinin həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir:

“Həmçinin, Şeyxülislamın İslam dünyası ilə, eləcə də dünyanın nüfuzlu dini mərkəzləri ilə əlaqələrin qurulmasında, beynəlxalq səviyyədə, xüsusilə MDB məkanında dinlərarası dialoq prosesinin həyata keçirilməsində, tolerant və multikultural dəyərlərin təbliğ edilməsində önəmli xidmətləri var. Buna görədir ki, o, xarici ölkələrin dövlət və hökumət başçıları tərəfindən də yüksək orden və medallara layiq görülüb.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla, xüsusilə Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. O, dəfələrlə Azərbaycan həqiqətlərini dünyanın nüfuzlu tribunalarından səsləndirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunvericiliyə uyğun olaraq, dini icmaların fəaliyyətinin təşkilində, dini maarifləndirmə işinin həyata keçirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstərir. Bunun bariz nümunəsi ötən il “Multikulturalizm ili” və bu il “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirdiyimiz tədbirlərdir. Biz birlikdə cənab Prezidentin tapşırığına uyğun olaraq, “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Finlandiyada və İranda beynəlxalq konfranslar keçirmişik. Növbəti konfranslarımız ilin sonunadək Türkiyə, Özbəkistan, İspaniya və Rusiyada keçiriləcək. Bununla yanaşı, Naxçıvanda və Bakıda ilin yekunlarına həsr olunmuş beynəlxalq konfrans təşkil olunacaq və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyətimiz bundan sonra da davam edəcək.

Bir daha vurğulamaq istəyirəm ki, Şeyxülislama qarşı bu cür qərəzli yazılar qəbuledilməzdir”.

(qafqazinfo.az)

Xəbər 1459 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +