“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


11.01.2023  10:10 

Narkotik satan daha 17 nəfər saxlanılıb





A+  A-

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş tədbirlər nəticəsində dekabr ayında 11, yanvar ayında isə 6 nəfər saxlanılıb və onlardan ümumilikdə 2 kiloqrama yaxın müxtəlif adda narkotik götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə rayon sakini Əli Qurbanov saxlanılıb.

Axtarış zamanı ondan 1 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin aşkar edilib. Dinidirilərkən o, narkotik vasitəni Bakı şəhərindəki ərazidən götürərək yaşadığı ünvana gətirdiyini etiraf edib.

Bundan başqa keçirilmiş tədbirlərlə dekabr və yanvar aylarında daha 16 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılıb. Həmin şəxslərdən də müxtəlif çəkilərdə narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər 975 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +