Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


04.09.2019  13:54 

Bakıdakı yanğında bir ailə yanıb





A+  A-

Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğının səbəbi məlum olub.
XəzərNews.az bildirir ki, Səbail Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 3-ü saat təqribən 23:30-da Nizami küçəsi, 32, mənzil 64A ünvanında qeydə alınan hadisə qaz sızması nəticəsində olub. Yanğından əvvəl partlayış baş verib.

Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Xəsarət alanlar ev sahibi 1957-ci il təvəllüdlü Xubanov Sabir Amid oğlu, həyat yoldaşı 1960-cı il təvəllüdlü Xubanova Zibeydə Süleyman qızı və oğlu 1982-ci il təvəllüdlü Anar Xubanovdur.

Zərərçəkənlərin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin yaydığı məlumatda Nizami küçəsində baş verən yanğınla bağlı təcili yardıma müraciət edənin olmadığı bildirilib. Qeyd edilib ki, hadisə yerinə cəlb olunan təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə 1 kişi və 2 qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib.

Xəbər 1203 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +