Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var


09.02.2018  11:06 

Keçmiş dustaqlardan ibarət dəstə ələ keçdi





A+  A-

Yanvarın 15-də Qusar rayon Kuzunqışlaq kənd sakini Ramik Seyidova məxsus mağazadan 700 manat pul, bir ədəd “HP” markalı kompyuter, 1 ədəd printer, bir ədəd Nokia markalı mobil telefon, 91 qutu müxtəliv növ tutun məmulatları və müxtəliv növ ərzaq məhsullarının oğurlanıb.
XəzərNews.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, ümumilikdə oğrular ona 5214 manat maddi ziyan vurublar.

Oğurluğu törətməkdə şühbəli bilinən əvvəllər məhkum olmuşlar -Xaçmaz rayon Fərzəli-oba kənd sakini Saleh Osmanov, Xaçmaz rayon Xudat şəhər sakinləri İsmayıl Həsənov və Mirzaqa Cəlilov saxlanılıblar. Saxlanılan zaman onların üzərindən oğurluqda istifadə etdikləri metal linglər, qara maska və əlcək aşkar olunaraq götürülüb.

Ətraflarında aparılan istintaq tədbirləri nəticəsində törətdikləri digər oğurluqların da üstü açılıb. Belə ki, 2017-ci ilin noyabr ayından cari ilin fevral ayına gədər müddətdə Qusar rayon ərazisində daha beş oğurluq törətdikləri məlum olub. 2017-ci ilin noyabr ayında rayonun Gündüzqala kənd sakini Müslüm Müslümov məxsus mağazadan 510 manat və Çubuqlu kənd sakini Abdulkərim Sədullayevə məxsuz mağazadan 1300 manat, cari ilin yanvar ayında isə rayonun Bədirqala kənd sakini Hacıbala Əliyevə məxsus mağazadan 20 manat, Balaqusar kənd sakinləri Sərvan Seyidova məxsus mağazadan 1300 manat və Vasif Adilova məxsus mağazadan 1575 manat dəyərində pul, danışıq kartları, texniki vasitələr, müxtəliv növ tutun məmulatları və müxtəliv növ ərzaq məhsullarının oğurlayaraq ümumilikdə Qusar rayon ərazisində 6 mağaza sahibinə 9919 manat maddi ziyan vurublar.

Dəstə üzvləri digər rayonlarda, Quba rayon ərazisində iki mağazadan 320 manat, Şabran rayon ərazisində bir mağazadan 1576 manat və Xaçmaz rayon ərazisində isə 4 mağazadan 4900 manat dəyərində pul , danışıq kartları, müxtəliv növ tutun məmulatları və müxtəliv növ ərzaq məhsullarının oğurlayıblar.

Ayrı-ayrı vaxtlarda müxtəlif ərazilərdə törətdiklər silsilə oğurluqlar nəticəsində 13 mağaza sahibinə ümumilikdə 16715 manat maddi ziyan vuran dəstə üzvlərindən oğurladıqları əşya, texniki vasitələr, ərzaq və digər məmulatların bir hissəsi maddi sübut kimi götürülüb, bir qismini isə ucuz qiymətə satıblar.

Adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər 1825 dəfə oxunub.



12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib


BÜTÜN XƏBƏRLƏR +