Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


21.07.2023  17:38 

“Qarabağ və Şərqi Zəngəzura 150 mindən çox insanı qaytaracağıq”





A+  A-

Növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə 150 mindən çox insanı qaytaracağıq.

XəzərNews.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Təkcə Qarabağ regionunda 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Şuşa şəhərində, ümid edirəm ki, gələn il birinci sakinlər gələcək, yerləşəcəklər”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident bildirib ki, hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə (Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə - red.) dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur.

“Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam olub. Onlar Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazim bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun onlar üçün nə məna daşıdığı kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Xəbər 1067 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +