Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


29.04.2021  10:37 

Avropa Parlamentindən Rusiyaya sanksiya çağırışı





A+  A-

Avropa Parlamenti (AP) Avropa İttifaqını (Aİ) Rusiyaya sanksiyalar tətbiq etməyə çağırıb.
XəzərNews.az Rusiya mediasına istinadən xəbər verir ki, AP-nin yeni qətnamə layihəsində korrupsiya cinayətlərinə görə Avropa sanksiya rejimi tətbiq etmək və buraya rus oliqarxlarını daxil etmək tövsiyə olunur. Bildirilir ki, Avropa Parlamentinin qərarı məcburi deyil, ancaq Aİ ölkələri üçün bir tövsiyədir.

Qeyd edək ki, qərar layihəsində, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olarsa, Rusiya rəsmilərinə yaxın oliqarxların və ailə üzvlərinin Aİ-dəki hesablarının dondurulması, vizaların ləğv edilməsi də yer alıb.

Qeyd edək ki, layihə sabah AP-nin plenar iclasının nəticələrinə əsasən qəbul ediləcək.



Xəbər 2811 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +