Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


24.04.2021  09:17 

Fransada daha bir məscid təhqir edildi





A+  A-

Fransanın Talans şəhərində vandallar yerli məscidi təhqir edib. Onlar məscid binası üzərində anti-islam şüarları yazıb: “İmmiqrasiya öldürür” və “Məscidlərinizi yığışdırın”.
XəzərNews.az “TRT Russian”a istinadən xəbər verir ki, bu barədə şəhərin müsəlman icması feysbuk səhifəsində bildirib.

İcmanın sədri Məhəmməd Bultamın sözlərinə görə, sitayiş yerində belə yazılar və təsvirlər yolverilməzdir, üstəlik, bura ailələr uşaqları ilə gəlir. Sədr qeyd edib ki, onlar bununla bağlı artıq polisə müraciət ediblər.

Nəşr xatırladır ki, daha öncə Fransanın daxili işlər naziri Jerald Darmanen Ramazan ayının başlanmasından bir neçə gün əvvəl Renn şəhərində məscid və İslam Mədəniyyət Mərkəzinin divarlarının murdarlanmasından sonra müsəlman ibadət yerlərinin təhlükəsizliyinin gücləndirilməsinə çağırıb.

Bundan başqa, aprelin əvvəllərində Nantda naməlum şəxslər məscidi yandırıblar. Binaya maddi ziyan vurulub, məbədin giriş qapısı tamamilə yanıb.

Xəbər 1917 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +