Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


29.09.2020  15:41 

“Qarabağ”ın oyunu təxirə salındı





A+  A-

Azərbaycan Premyer Liqasının 5-ci turunun “Qarabağ” – “Səbail” oyunu təxirə salınıb.
XəzərNews.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. Qeyd olunub ki, AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının Millətlər Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ” – “Səbail” oyununun təxirə salınmasını istəyib.

AFFA-nın müraciətini, milli komandanın mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ” – “Səbail” oyunu başqa tarixə təxirə salınıb.

Oyunun tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Xəbər 3545 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +