Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.11.2018  13:16 

İlham Əliyev Belarusa səfər edəcək





A+  A-

Bu gün Azərbaycanla Belarus arasındakı münasibətlər siyasi, iqtisadi, ticarət, hərbi-texniki, mədəni, humanitar və digər sahələri əhatə edir.
XəzərNews.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi davamlı olaraq artır: “Həmçinin dövlətimizin başçısının yaxın vaxtlarda Belarusa səfəri nəzərdə tutulub. Bu qəbildən olan yüksək səviyyəli səfərlər ölkələrimiz arasında intensiv xarakter daşıyır və bu səfər çərçivəsində də çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur”.

O qeyd edib ki, bu səfər nəticə etibarilə Azərbaycan və Belarus arasındakı əlaqələrin inkişafına daha da ciddi şəkildə təkan verəcək: "Dövlətimizin başçısı da Belarus səfirini qəbul edərkən bu məsələlər geniş şəkildə müzakirə olunub".

Xəbər 1911 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +