Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


06.04.2024  13:13 

Azərbaycan dilinin tədrisi diasporun fəaliyyətindən asılıdır - Elçin Əfəndi





A+  A-

“Xaricdə yaşayan azərbaycanılar ilk növbədə Azərbaycan dilinin tədris olunmasına çalışmalıdırlar”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

E.Əfəndi bildirib ki, Azərbaycan dilini tədris etmək mümkün olmadığı təqdirdə müvafiq özəl məktəblər yaratmalı və Ana dilimizin tədrisini həyata keçirməlidirlər:

“Qeyd etdiyim kimi, Azərbaycan dilinin tədrisi diasporun fəaliyyətindən çox asılıdır. Təəssüf ki, diasporumuzun fəaliyyəti də o qədər yüksək deyil axı... Bunun üçün də diaspor təşkilatları daha çox iş görməlidirlər. Xaricdə yaşayan fəal azərbaycanlılar da Ana dilinin tədrisinə kömək göstərə bilərlər”.

E.Əfəndi qeyd edib ki, Türkiyə və digər Türk dilli dövlətlərdə Azərbaycan dilinin tədrisi aparılır.

Ekspert əlavə edib ki, ermənilərin və erməni lobbisinin daha fəal olduğu ABŞ, Fransa və digər ölkələrdə Azərbaycan dilinin təbliğini gücləndirməliyik.

Həsən Hüseynov
Diaspora.TV


Xəbər 3784 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +