Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


14.03.2024  06:09 

Baydenin oğlu məhkəmə qarşısına çıxacaq





A+  A-

ABŞ prezidenti Cozef Baydenin oğlu Hanter Bayden iyunun 3-də silah ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

Xəzərnews.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Qeyd edilib ki, prokurorlar işə baxılmasının üç gündən dörd günə qədər çəkəcəyini, vəkillər isə öz növbəsində prosesin iki gündən çox davam edə biləcəyini gözləyirlər.

Daha əvvəl Delaver ştatındakı böyük münsiflər heyəti açıqlanan sənədə əsasən, ABŞ prokurorları tərəfindən Baydenə qarşı silah saxlamaqla bağlı üç cinayətə görə irəli sürülən ittihamları təsdiqləyib.

O cümlədən, iki cinayət faktı 2018-ci ildə “Colt Cobra” revolverini alarkən yalandan narkotik vasitə qəbul etmədiyini yazılı şəkildə yazması ilə bağlıdır. Üçüncüsü, narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunun pozulmasını nəzərdə tutur.

İttihamların cəminə əsasən, Bayden 25 ilə qədər həbs edilə bilər: iki maddə üzrə maksimum 10 il həbs cəzası və 250 000 dollar cərimə, üçüncüsü isə maksimum 5 il həbs cəzası və 250 000 dollar cərimə nəzərdə tutur.

Baydenin silah saxlaması ilə bağlı təhqiqat 2018-ci ildə, onun həmin dövrdə narkotik istifadə etdiyi və tapançaya sahib olduğu məlum olduqdan sonra başlayıb. Amerika qanunları narkotikdən istifadə edən və ya saxlayan insanlara silah almağı və ya saxlamağı qadağan edir.//Report

Xəbər 2403 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +