İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


29.04.2021  14:49 

Xudayarın anasından ŞOK AÇIQLAMA: “Özüm döydürmüşəm, DTX-yə gəlirəm”





A+  A-

“Xudayar haqqında danışan oğlanın döyülməsindən xəbərim var, onu özüm elətdirmişəm”.
XəzərNews.az xəbər verir ki, bunu “Ölkə.az”a açıqlamasında şəhid Xuydayar Yusifzadənin anası Radə Yusifzadə deyib.

O bildirib ki, bu barədə efirlərdə də çıxıb danışmağa hazırdır:

“Hara lazımdır ora müraciət olunmuşdu. Mənə demişdilər ki, siz əyani surətdə gəlin ərizə yazın. Deyirəm ki, mən sosial şəbəkədən hara müraciət edə bilərəm?
Uşaqlar, özüm yazmışıq ki, bunu dayandır. O etməyəndən sonra məcbur idim ki, erməninin üstünə göndərdiyim oğulun biri şəhid olub, ikisi burdadırsa, onlara da deyəm ki, bunu susdurun, içimizdəki ermənini susdurun.
Mənim oğlumun hələ qanı qurumayıb. O mənimlə elə zarafat edə bilməz. Nəsimi ilə zarafat edib, İzzətlə zarafat edib. Onun mesajı var bizdə. Deyir ki, zarafat edirəm, məni heç kim susdura bilməz. İndi də şəhidlə zarafat elədin ki, hamı gülsün?! Deməli, bizim şəhidimizə hamı gülməlidir?! İndi bu dəqiqə çıxıram, Bakıya, düz DTX-yə gəlirəm.
Onu döyənlər bilirəm kimlərdir. Mən özüm demişəm ki, onun barmaqları qırılsın, o bir də sosial şəbəkədə heç nə yaza bilməsin”.
“Mən Bakıya müraciət eləmişəm. Dedilər, gəlib ərizə yazmalısınız. Baxdım ki, mənasız yerdədir. Onu çağıracaqlar, deyəcəklər ki, belə etmisən, bir də eləmə. Hələ mən uşaqlarımdan narazıyam ki, onun o barmaqlarını qırmayıblar. Onun barmaqları kəsilməli idi ki, bir də hansısa şəhid haqqında bu cür söz yaza bilməsin”, – o bildirib.

Xəbər 2890 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +