Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


05.01.2018  16:57 

Vüqar Səfərli: “Heç bir KİV-ə qarşı qərəzli deyilik”





A+  A-

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli “Hürriyyət” qəzetinin Baş redaktoru Vüqar Məmmədovun ittihamlarına və ölkə başçısına etdiyi müraciətlə bağlı məsələyə cavab verib:
XəzərNews.az-ın məlumatına görə, V.Səfərli “Ölkə.Az”-a açıqlamasında deyib ki, KİVDF heç bir mətbu orqana qərəzli yanaşmır:

“Digər KİV-lər kimi “Hürriyyət” qəzetinə də Fond tərəfindən pul ayrılmışdı. Onlar həftəlik qəzet buraxır. Bununla bağlı KİVDF-yə layihə də təqdim edilmişdi və biz də onu imzalayırdıq. Ancaq nədənsə o vəsaiti götürməkdən imtina ediblər. Vüqar Məmmədov müraciətində iddia edir ki, guya biz ona qarşı qərəzliyik və sairə. “Futbol+” qəzeti də ona məxsusdur. KİVDF “Futbol+” qəzetinə də vəsait ayırıb. Ancaq Vüqar Məmmədov nə üçün gündəlik çıxan “Futbol+” qəzetinə vəsait ayrılmasını demir, ancaq həftəlik çıxan “Hürriyyət” qəzetini deyir? Bütün bunlar bir daha göstərir ki, biz heç bir KİV-ə qarşı qərəzli və qeyri-obyektiv deyilik. KİVDF və Mətbuat Şurası göndərilən bütün müraciətləri araşdırır, sənədlərinə baxır və qəzetlərin gündəlik və həftəlik çıxmasına görə maliyyə vəsaiti ayırır”.
Xatırladaq ki, “Hürriyyət” qəzetinin kollektivi Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Xəbər 2573 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +