Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


08.09.2017  10:09 

“Telekanallar qanunu müəyyən qədər pozur” - MTRŞ sədri





A+  A-

"Azərbaycanda televiziya kanallarında alkoqollu içkilərin reklam saatlarına ciddi nəzarət olunur. Axşam saat 11-ə qədər birmənalı şəkildə heç bir televiziya kanalı alkoqollu içkilərin reklamını verə bilməz".
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, bu sahədə hər hansı problem yoxdur.

Televiziyalarda reklamın müddəti məsələsinə gəlincə N.Məhərrəmli bildirib ki, bu sahədə əvvəlki dövrlərlə müqayisədə xeyli irəliləyiş var: "Əvvəllər bu problem daha çox idi, biz uzun müddət mübarizə apararaq problemi aradan qaldırmışıq. Bəzən bir saatda 20-25 dəqiqə reklam olurdu. İndi bu interval 12-15 dəqiqədir. Ancaq bu sahədə televiziya kanalları qanunu müəyyən qədər pozurlar və biz onlarla iş aparırıq".

MTRŞ sədri bildirib ki, televiziya kanallarında başqa sahələrdə ciddi qanun pozuntuları yoxdur: "Sadəcə verilişlərin keyfiyyəti çox aşağıdır. Amma qanunda ona görə televiziyalara cəza nəzərdə tutulmur".

Xəbər 2219 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +